Ağstafada 18 yaşlı gənc zarafat etmək istədi, cərəyandan öldü

Ağstafa rayonunda ölümlə nəticələnən bədbəxt hadisənin təfərrüatı məlum olub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü E.Həsənzadə Vurğun qəsəbəsində yerləşən mini futbol meydançasında tanışları ilə olan zaman uzun metal borunu götürərək yoldaşları ilə zarafatlaşmaq istəyib.

Bu zaman əlindəki boru ehtiyatsızlıqdan meydançanın üstündən keçən yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə elektrik cərəyanı onu vuraraq öldürüb.

Qeyd edək ki, mərhum gələn ay hərbi xidmətə getməli idi.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır.

***

Ağstafada bədbəxt hadisə baş verib.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki,  hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 2006-ci il təvəllüdlü Elvin Həsənzadəni elektrik cərəyanı vuraraq öldürüb.

İlkin məlumata görə, hadisə qəsəbənin stadionunda baş verib.

Polis əməkdaşları əraziyə cəlb olunub.