Ermənistanın Baş naziri Nikol Paşinyan TRIPP layihəsinin praktiki icra mərhələsinə keçdiyini bəyan edib. Onun sözlərinə görə, layihə çərçivəsində nəqliyyat kommunikasiyalarının tikintisi üçün Ermənistanın cənubunda sərhədin delimitasiya və demarkasiyası aparılmalıdır.
Globalinfo.az xəbər verir ki, Paşinyan bu barədə parlamentdə hökumət saatı zamanı danışıb.
Baş nazir bildirib ki, əvvəl müzakirə olunan məsələlər üzrə işlər mərhələli şəkildə irəliləyir və qarşıda duran planlar tədricən həyata keçiriləcək.
Onun sözlərinə görə, TRIPP layihəsi çərçivəsində boru kəməri, dəmir və avtomobil yolları da daxil olmaqla müxtəlif infrastruktur obyektlərinin inşası nəzərdə tutulur. Bunun üçün Ermənistanın cənubundakı sərhəd sahələrinin delimitasiyası zəruridir.
“Biz TRIPP layihəsinin praktiki icra mərhələsinə daxil oluruq”, – deyə Paşinyan vurğulayıb.
Əliyar Xəlil