eli kerimli 900x600 1

“Hazırda məsələ ilə bağlı araşdırma aparılır və bu proses Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə həyata keçirilir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Bakıda almaniyalı həmkarı Yohann Vadefulla birgə keçirdiyi mətbuat konfransında jurnalistin AXCP sədri Əli Kərimli ilə bağlı ünvanladığı sualı cavablandırarkən deyib.

“Hesab edirəm ki, məhkəmənin yekun qərarı bütün suallara aydınlıq gətirəcək”, – o bildirib.

Nazir qeyd edib ki, hər bir şəxs törətdiyi əməllərə görə qanun qarşısında cavab verməlidir:

“Kiminsə müxalifət nümayəndəsi olması onu hüquqi məsuliyyətdən azad etmir. Həmin şəxslər istər Azərbaycanda, istər Almaniyada, istərsə də digər ölkələrdə qanun qarşısında cavab verməli olacaqlar”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: