Şair-publisist Oqtay Şəhriyarlı avtomobil qəzası nəticəsində dünyasını dəyişib.
Globalinfo.az bildirir ki, bu barədə Ölkə.az-a onun yaxınları məlumat verib.
O.Şəhriyarlı 13 mart 1959-cu ildə Masallı rayonunun Şəhriyar kəndində anadan olub.
Onun ilk şeiri 1974-cü ildə Masallı rayonunda nəşr olunan “Çağırış” qəzetində dərc edilib. 1976–1978-ci illərdə Sumqayıt şəhərində çıxan “Sosialist Sumqayıtı” qəzetində müxbir kimi fəaliyyət göstərib.
1974-cü ildən etibarən şeirləri müxtəlif mətbuat orqanlarında dərc olunub. Son dövrlərdə isə “Bütövlük” ictimai-siyasi hüquq qəzetinin xüsusi müxbiri kimi çalışıb.
X X X
hadisə paytaxtın Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsində baş verib.
Oqtay Şəhriyarlı işdən qayıdarkən avtobusun vurması nəticəsində hadisə yerindəcə dünyasını dəyişib.
Şairin doğulduğu Masallı rayonunun Şəhriyar kəndində dəfn olunacağı bildirilir.