tekan

Azərbaycan futboluna yeni klub qoşulub.

Globalinfo.az xəbər verir ki, Bakıda fəaliyyət göstərəcək “Təkan” FK yeni mövsümdən etibarən Region Liqasında mübarizə aparacaq.

Klub rəhbərliyi yarışda iştirakla bağlı AFFA-ya müraciət edib və federasiyadan müsbət cavab alıb.

“Təkan”ın maliyyələşdirilməsini bir qrup iş adamı öz üzərinə götürüb. Komandanın qarşısına ilk mövsümdəcə ciddi hədəf qoyulub və bunun üçün kifayət qədər büdcə ayrılıb.

Paytaxt təmsilçisinin əsas məqsədi Region Liqasında çempion olmaq və birbaşa İkinci Liqaya yüksəlməkdir.

Bu hədəfə çatmaq üçün heyətin gücləndirilməsinə də başlanılıb. Komandaya artıq bir neçə təcrübəli futbolçu cəlb olunub.

Paylaş: