İsrail ordusu Qəzza zolağının cənubunda həyata keçirdiyi hava hücumu nəticəsində HƏMAS-ın hərbi qanadına daxil olan Rəfah briqadasının komandiri Samir Mahmud Həsən Əbu Yunisin öldürüldüyünü açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu və Ümumi Təhlükəsizlik Xidmətinin birgə məlumatında bildirilib.
Məlumata əsasən, Əbu Yunis sentyabrın 15-də əvvəlki komandir Nael Əbu Obeydin öldürülməsindən sonra briqadaya rəhbərlik etməyə başlayıb və təxminən iki ay bu vəzifədə qalıb. Bundan əvvəl o, Rəfah briqadasının komandir müavini, eləcə də Təl əs-Sultan taborunun rəhbəri olub.
İsrail tərəfi Əbu Yunisi İsrail vətəndaşlarına və hərbçilərinə qarşı hücumların təşkilində iştirakda ittiham edib. Bildirilib ki, o, həmçinin döyüşlər nəticəsində zəifləyən Rəfah briqadasının və bütövlükdə HƏMAS-ın hərbi potensialının bərpası ilə məşğul olub.
Safura Bənnayeva
Globalinfo.az