Rusiya Avropa ilə razılığa gələ bilməyəcəyi təqdirdə qarşıya qoyduğu məqsədlərə hərbi güc vasitəsilə çatmağa çalışacağını bəyan edib.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) sülhə maraq göstərmirsə, Ukrayna münaqişəsinin həlli və Avropanın təhlükəsizlik sisteminin gələcəyinin müzakirəsi də məna daşımır.
Peskov vurğulayıb ki, diplomatik razılaşma üçün imkan olmadığı halda Moskva öz məqsədlərinə güc yolu ilə nail olmalı olacaq.
Safura Bənnayeva
Globalinfo.az