salah 1

Misir millisinin və Türkiyənin “Trabzonspor” klubunun hücumçusu Məhəmməd Salah tarixi rekorda imza atıb.

Globalinfo.az “Unikal”a istinadən xəbər verir ki, 34 yaşlı futbolçu Afrika Millətlər Kubokunun seçmə mərhələsində Malavi ilə keçirilən və komandasının 5:0 hesablı qələbəsi ilə başa çatan oyunda dubl edib.

Bununla da Salah Misir Futbol Assosiasiyasının hesablamasına əsasən, milli komandada vurduğu qolların sayını 70-ə çatdırıb və ölkə rekordunu yeniləyib.

O, 176 oyunda 69 qol vuran Hossam Hasani geridə qoyub. Salah isə bu göstəriciyə 123 matçda nail olub.

Paylaş: