qizilca

Peyvəndləməyə qarşı tərəddüdlərin artması və vaksinasiya səviyyəsinin aşağı düşməsi səbəbindən ABŞ 2000-ci ildən bəri qoruyub saxladığı “qızılcanın kökünü kəsmiş ölkə” statusundan rəsmi şəkildə məhrum olub.

Globalinfo.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Pan-Amerika Səhiyyə Təşkilatı ilə əməkdaşlıq edən müstəqil ekspert komissiyasının bu qərarına virusun ölkə daxilində bir ildən artıq müddətdə insandan-insana fasiləsiz yayılması təsir göstərib.

Genetik araşdırmalar eyni qızılca ştammının Yuta ştatında bir ildən çox dövriyyədə qaldığını təsdiqləyib. Bununla yanaşı, Cənubi Karolina, Pensilvaniya, Viskonsin və Nyu-York ştatlarında da uzunmüddətli yoluxma ocaqları qeydə alınıb.

Cari ildə ABŞ-də 5400-dən çox yoluxma faktı aşkarlanıb ki, bu da 1991-ci ildən bəri ən yüksək göstəricidir. Xəstələnənlərin, demək olar ki, hamısının peyvənd olunmamış şəxslər olduğu, yoluxan hər doqquz nəfərdən birinin xəstəxanaya yerləşdirildiyi və ən azı 10 nəfərin öldüyü bildirilir.

Vurğulanır ki, iki doza peyvənd xəstəlikdən 97 faiz qoruma təmin etsə də, məktəblərdə vaksinasiyadan azadolma hallarının artması və kollektiv immunitetin zəifləməsi körpələri, hamilə qadınları və immun sistemi zəif olan şəxsləri ciddi risk altında qoyur.

Paylaş: