ABŞ-ın sabiq prezidenti Co Bayden yeni memuarlarında İsrailin Baş naziri Benyamin Netanyahuya etimad göstərmədiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, o, bu barədə “Promise Me, America” (“Mənə söz ver, Amerika”) adlı yeni xatirə kitabında yazıb.
Bayden, İsrail hökumətinin Qəzza zolağında apardığı hərbi əməliyyatları da tənqid edərək Netanyahunu ölkəsinin uzunmüddətli maraqlarından daha çox öz siyasi mövqeyini qorumağa çalışmaqda ittiham edib.
Keçmiş prezident bildirib ki, Netanyahu ilə münasibətlərində qarşılıqlı etimad kifayət qədər olmayıb.
O, İsrail hökumət başçısının faktları manipulyasiya edə biləcəyindən və demokratik institutlardan şəxsi siyasi məqsədləri naminə istifadə etməsindən narahatlığını ifadə edib.
Bayden, həmçinin İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatların ağır humanitar nəticələrinə toxunub:
“Çox sayda günahsız fələstinli həyatını itirdi. HƏMAS-la heç bir əlaqəsi olmayan insanlar həddindən artıq əzab çəkdi. Bütün bunların ağırlığını hələ də özümdə daşıyıram”.
Safura Bənnayeva
Globalinfo.az