sepah raket

İran ABŞ-ın Bəhreyndə yerləşən hərbi obyektlərindən birinə PUA hücumu həyata keçirildiyini iddia edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Hədəfin Əl-Rifaa helikopter bazasında yerləşən ABŞ-a məxsus hava hücumundan müdafiə radarı olduğu bildirilir.

Qeyd edilib ki, hücumda altı pilotsuz uçuş aparatından istifadə olunub.

SEPAH, həmçinin ABŞ-ın neft tankerlərini Hörmüz boğazından keçirmək cəhdlərinin nəticəsiz qaldığını iddia edib.

İran tərəfi boğazın gəmiçilik üçün bağlı olduğunu bildirərək, ABŞ-ın mümkün təcavüzünə daha sərt cavab veriləcəyi ilə hədələyib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: