1035177 src

Macarıstanın hüquq-mühafizə orqanları korrupsiya ittihamı ilə həbsə atılan keçmiş milli inkişaf naziri Mikloş Şestaка məxsus olduğu ehtimal edilən ümumilikdə 20 milyon dollar dəyərində nağd pul aşkarlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə MTI agentliyi məlumat yayıb.

2014–2018-ci illərdə Viktor Orban hökumətində nazir vəzifəsində çalışan Şestaка sentyabrın sonunda saxlanılıb.

İstintaqın versiyasına görə, o, dövlət avtobus daşıyıcısı “Volánbusz”la əlaqəli şirkətlərdən rüşvət alıb.

Noyabrın 12-13-də Budapeşt və bir neçə regionda keçirilən axtarışlar zamanı meşədə, kənd təsərrüfatı tikililərində, anbarlarda və yaşayış evində külli miqdarda pul tapılıb. Aşkarlanan vəsaitin 5 milyard forintdən (15 milyon dollar) çoxu, 2,6 milyon avro və 1,2 milyon dollar olduğu bildirilir.

Macarıstanın maliyyə naziri Andraş Karman bildirib ki, müsadirə olunan pulların sayılması üçün dövlət xəzinədarlığının əməkdaşlarına səkkiz saat və beş pul sayan aparat lazım olub.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: