makron64 900x575 1

Fransa Prezidenti Emmanuel Makron Ukraynanın Şimali Atlantika Alyansına (NATO) qəbul edilməsinə çağırıb.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Ukrayna NATO-da mühüm rol oynayır, alyansda özünə layiq tamhüquqlu yerini tutmalıdır”, – deyə Fransa lideri bildirib.

Bununla yanaşı, Makron Avropanı ədalətli və davamlı sülhün əldə olunması istiqamətində aparılan işlərə töhfə verməyə səsləyib.

Fransa Prezidenti həmçinin qeyd edib ki, Avropa Ukraynada münaqişə başa çatdıqdan sonrakı dövr üçün öz prioritetlərini müəyyənləşdirməli və bu mövqeyini Rusiyaya çatdırmalıdır.

Onun sözlərinə görə, Avropa ölkələri müharibədən sonrakı dünya nizamı ilə bağlı baxışlarını açıq şəkildə bəyan etməlidirlər.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: