Yəmən Ordusu beynəlxalq ictimaiyyətə müraciət edərək strateji əhəmiyyət daşıyan Bab əl-Məndəb boğazının husilərin nəzarətindən çıxarılmasına dəstək göstərməyə çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinə tabe ordunun sözçüsü, polkovnik Məcid əl-Nuzeyli boğazın beynəlxalq gəmiçilik və ticarət baxımından mühüm rol oynadığını bildirib.
O, Bab əl-Məndəb boğazının və ölkənin qərb sahilinin azad edilməsini Yəmən Silahlı Qüvvələrinin ayrılmaz hüququ kimi qiymətləndirib.
Əl-Nuzeyli, həmçinin cənub qüvvələrinin müvəqqəti paytaxt Ədənin və digər cənub quberniyalarının müdafiəsində, eləcə də Taiz şəhərinin mühasirəsinin yarılması istiqamətindəki fəaliyyətini yüksək dəyərləndirib.
Polkovnikin sözlərinə görə, Taizin husilərin mühasirəsindən çıxarılması hazırkı kritik mərhələdə milli vəzifədir.
Safura Bənnayeva
Globalinfo.az