Zaxarova 1132

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa Prezidenti Emmanuel Makronun Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı açıqlamasına istehzalı münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “RİA Novosti”yə danışıb.

“Düşünürəm ki, bu bəyanat Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallasın ekspertizasına layiqdir”, – deyə Zaxarova bildirib.

Qeyd edək ki, Emmanuel Makron Ukraynanın NATO-ya üzv olmaq üçün bütün əsaslara malik olduğunu açıqlayıb. O, Ukrayna ordusunun Avropanın ən güclü ordusu olduğunu və qitənin təhlükəsizliyində mühüm rol oynadığını vurğulayıb. Makronun bu fikirləri Rusiyada istehzalı qarşılanıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Ukraynanın NATO-ya üzvlüyünü mümkün hesab etmədiyini bildirib. Rusiya Prezidenti Vladimir Putin isə Ukraynada xarici hərbi qüvvələrin yerləşdirilməsini ölkəsinin milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: