makron masin 900x586 1

Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqının Ukraynaya maliyyə yardımının məhdudlaşdırılması çağırışlarına qarşı çıxıb.

Globalinfo.Az xəbər verir ki, Makron bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

“Ukraynanın resurslarını məhdudlaşdırmaq istəyənlər əslində onu ədalətsiz sülhü qəbul etməyə məcbur etmək, uzun müddət zəif vəziyyətdə saxlamaq istəyirlər. Bu isə bütün Avropanı həssas vəziyyətə salacaq. Bu, məğlubiyyət düşüncəsidir və növbəti müharibəyə aparan yoldur. Fransa belə mövqeyi bölüşə bilməz”, – Makron bildirib.

Paylaş: