iran israile qarshi ilk defe nesrullah raket sistemini tetbiq etdi 900x600 2

İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Əmir Həyat-Müqəddəm ABŞ-a qarşı sərt açıqlamalarla çıxış edib.

Globalinfo.az xəbər verir ki, deputatın sözlərinə görə, İran ABŞ ərazisini hədəfə almaq imkanına malik silah və texnologiyalara sahib olduğunu nümayiş etdirməlidir. Onun sözlərinə görə, ölkənin qitələrarası uzaqmənzilli raketləri də açıq şəkildə nümayiş etdirilməlidir.

Həyat-Müqəddəm Vaşinqton və Nyu-Yorkdakı ABŞ hərbi obyektlərinin potensial hədəf kimi nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.

O, ABŞ-ın öz davranışlarından nəticə çıxarmadığını iddia edərək İranın gələcəkdə mümkün təcavüz və müdaxilələrə qarşı elə addımlar atmalı olduğunu bildirib.

Paylaş: