Ukrayna Müdafiə Qüvvələrinin Dnepropetrovsk vilayətində bir neçə istiqamətdə əks-hücum əməliyyatları həyata keçirdiyi bildirilir.
Globalinfo.az xəbər verir ki, “Dərin Dövlət” (DeepState) analitik layihəsinin yaydığı məlumata görə, Ukrayna hərbçiləri Maliyevka, Sıçneve, Novogeorgiyevka və Zaporojjya kəndləri yaxınlığında Rusiya qüvvələrini geri çəkilməyə məcbur ediblər.
Layihənin analitikləri qeyd ediblər ki, bu əməliyyatlar nəticəsində Rusiya qüvvələrinin nəzarət etdiyi ərazi azalıb. Onların sözlərinə görə, əldə olunan irəliləyiş Ukrayna Müdafiə Qüvvələrinin uğurlu taktiki fəaliyyətinin nəticəsidir.
Tahir Turan
Globalinfo.az