netanyahu nun telefonun kamerasini bantla 19506451 7423 amp 900x600 1

İsrail Baş naziri Benyamin Netanyahu aprelin 29-da Tel-Əvivdəki bölgə məhkəməsində korrupsiya işi üzrə dindirilməyə qatılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Netanyahu təhlükəsizlik məsələləri ilə bağlı təcili telefon danışığına ehtiyac olduğunu bildirərək məhkəmə zalını tərk edib. Baş nazir bildirib ki, telefon söhbətinin nə qədər davam edəcəyi hələ məlum deyil və o, iclas bitdikdən sonra yenidən məhkəməyə qayıdacaq.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu aprelin 29-da məhkəməyə müraciət edərək, təhlükəsizlik səbəbi ilə məhkəmə prosesinin müddətinin qısaldılmasını xahiş etsə də, rədd cavabı alıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: