
“Əgər Avropa ölkələri ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatına qatılarsa, Tehran bunu təcavüzə dəstək və müharibə aktı kimi qəbul edəcək”.
Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai deyib.
Qeyd edək ki, Bəqai bu fikirləri Almaniya, Böyük Britaniya və Fransa liderlərinin İranın raket və pilotsuz uçuş vasitələrinə qarşı hərbi müdafiə tədbirləri görmə ehtimalına dair birgə bəyanatını şərh edərkən səsləndirib.
Safura Bənnayeva
Globalinfo.az