
ABŞ atəşkəsdən dərhal sonra Ukraynada seçkilərin keçirilməsini istəyir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
ABŞ Prezidenti Donald Trampın Ukraynadakı nümayəndəsi Kit Kelloq müsahibəsində ölkədə prezident və parlament seçkilərinin keçirilməsinin önəmindən danışıb.
“Bir çox demokratik ölkədə müharibə zamanı seçkilər keçirilir. Düşünürəm ki, bu, demokratiya adına mühüm addımdır. Həm də sizin birdən çox namizədiniz var”, – deyə Kelloq qeyd edib.
Tramp və Kelloq 2022-ci ildən davam edən müharibəyə son qoyacaq yeni administrasiyanın formalaşdırılması üçün vasitəçi olmaq istiqamətində iş apardıqlarını deyiblər.
Əliyar Xəlil
Globalinfo.az