“Çin ABŞ-dan idxal edilən bütün mallara əlavə rüsumları 34-dən 84 faizə qaldıracaq”.
Globalinfo.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Maliyyə Nazirliyi məlumat yayıb.
Dəyişikliklər aprelin 10-dan qüvvəyə minəcək.
Ağ Evin bəyanata reaksiyası gecikməyib. Belə ki, Prezident Donald Tramp ABŞ şirkətlərinə açıq çağırış edib.
“Çinə iqtisadi təzyiqləri artırmağa davam edəcəyik. “Apple” kimi böyük şirkətlər istehsallarını ABŞ-a köçürüb. Gözləməyin, Çini tərk edin!”, – deyə o, sosial şəbəkə hesabında yazıb.
ABŞ Maliyyə Naziri Skott Bessent isə Çinin cavab bəyanatlarına qarşı qətiyyətli mövqe nümayiş etdirib:
“Onlar izafi ölkədir. Çinin ABŞ-a ixracı bizim Çinə ixrac etdiyimizdən 5 dəfə çoxdur. Onlar tarifləri qaldıra bilər, bəs sonra nə olacaq?”
Qeyd edək ki, bundan əvvəl ABŞ Çindən idxal edilən mallara gömrük tariflərini 104%-ə qaldırdığını açıqlamışdı.
Əliyar Xəlil
Globalinfo.az