BƏƏ sahillərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə WAM xəbər agentliyinin məlumatında deyilir.
Bildirilib ki, Təyyarə “Əl-Cəzirə” aviaklubuna məxsus olub. Təyyarə Rəs əl-Xaymə əmirliyi sahillərində qəzaya uğrayıb.
Məlumatda pilotun və onun köməkçisinin həlak olduğu deyilir.
Qəzanın hansı səbəbdən baş verdiyi açıqlanmır.