tramp

“ABŞ prezidentliyinə namizəd Donald Trampın ermənilərlə bağlı açıqlaması seçkiöncəsi sıradan bəyanatlardan biridir, buna görə həyəcanlanmağa qəti ehtiyac yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu beynəlxalq məsələlər üzrə erməni ekspert Suren Sərkisyan deyib.

O bildirib ki, bu tip bəyanatlar sadəcə seçkiqabağı təşviqat məqsədi daşıyır:

“Nəzərə almaq lazımdır ki, 44 günlük müharibə 2020-ci ildə Trampın prezidentliyi dövründə baş verdi. Ağ Evin hazırkı rəhbəri Co Baydenin zamanında isə ermənilər Qarabağdan çıxdı və biz oranı tamamilə itirdik. Buna görə də ABŞ-dakı erməni təşkilatları hazırda heç bir namizədi rəsmi olaraq dəstəkləmirlər. Biz onların ermənilərlə bağlı bəyanatlarını sadəcə gələcəkdə pankarta çevirərək öz xeyrimizə istifadə edə bilərik”.

Xatırladaq ki, ötən gün Donald Trampın sosial media hesabındakı paylaşımda Qarabağ “artsax” adlandırılıb və erməni əhalinin buradan köçü Bayden administrasiyanın səhvi kimi təqdim edilib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: