Varujan Geqamyan

“Ermənistanda Zəngəzur dəhlizinin reklamı aparılır”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə erməni türkoloq Varujan Geqamyan çıxış edib.

O deyib ki, aparılan təbliğatda dəhlizin Ermənistan üçün faydalarından bəhs edilir:

“Hazırkı mərhələdə bu işə əsasən fərqli təbliğatçılar cəlb edilib, onlar isə ekspert adı daşıyırlar. Bu ekspertlər 1-2 ay əvvəl kilsəşünas, yarım il əvvəl isə hərbi mütəxəssis idilər”.

Qeyd edək ki, Paşinyan dünən parlamentdə çıxışında Ermənistanın Zəngəzur dəhlizini açmağa hazır olduğunu bildirib. Lakin o, əsas şərtinin dəhlizə nəzarətin Rusiya hərbçilərində olmaması ilə bağlı olduğunu bildirib. Üstəlik, İrəvan son 1 ayda dəhlizə nəzarətin özəl şirkətə verilə biləcəyini söyləyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: