WhatsApp Image 2025 08 15 at 14.46.02

Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə bildirib ki, Azərbaycan vasitəsilə daşımaları həyata keçirən təchizatçılar, eyni zamanda Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər.

Sitat:

“İstər Şərq-Qərb, istər Şimal-Cənub istiqamətində getmək istəyirsinizsə, Azərbaycanı seçməlisiniz. Biz doğrudan da qovşağıq. Bu, çox önəmli iki dəhlizdir. Azərbaycan yeganə ölkədir ki, hər iki dəhlizin fəal iştirakçısıdır”.

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Prezident İlham Əliyevin qiymətləndirməsi çox yaxşıdır:

“Hazırda dünyada ciddi bir militarist əhvali-ruhiyyə artıb. Xüsusilə Yəməndə baş verən son proseslər göstərdi ki, enerji resursları və nəqliyyat yolları ilə bağlı ciddi problemlər dünyanı gözləyir. Özü də bu proses düşünüldüyündən də qəliz və çətindir.

eziz elibeyli esas 900x600 1
Əziz Əlibəyli

Belə bir dönəmdə alternativ ölkələr və yollar həyati əhəmiyyət kəsb edir. Özü də bu yolların təhlükəsizliyi başlıca prioritetdir. Dəniz yolları o gözləntini qarşılamır. Ona görə quru yollarına tələbat artır. Belə bir zamanda Azərbaycanın əhəmiyyəti çox artıb.

Azərbaycandan keçən təhlükəsiz yollar var. Bundan başqa, Bakı həm də enerji resursları ilə zəngindir. Məhz belə bir dönəmdə bu konfransın baş tutması və ölkə başçısının dedikləri, hesab edirəm, dövrün reallıqlarının analiz edilib ən uyğun şəkildə lehimizə istifadə imkanlarının yaranmasıdır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: