“Ermənistanın Baş naziri Nikol Paşinyan Bakıya söz verdi ki, 2027-di ildə ölkənin konstitusiyası dəyişəcək”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan çıxış edib.
Deputat Paşinyan üçün növbəti seçkilərdə əsas kartın sülh müqaviləsi olduğunu bildirib:
“2026-cı ildə parlament seçkiləri olacaq, nələrin baş verəcəyini bilmirik. Paşinyan üçün ən yaxşı kart sülh müqaviləsinin olmasıdır. Kağızda “sülh” sözünün yazılması vacibdir, bu, kapitulyasiya sənədi olsa da, fərq etməz. Baş nazir deyəcək ki, ölkəyə sülh gətirib”.
Qeyd edək ki, ötən gün Ermənistanın Baş nazir Nikol Paşinyan mətbuat konfransında sülh danışıqları üçün Azərbaycan Prezidenti İlham Əliyevlə sərhəddə görüşməyə razı olduğunu bildirib.
Ayşən Mustafa
Globalinfo.az