sehid

2022-ci il martın 3-də Laçın rayonunda sərhəd istiqamətində itkin düşən Azərbaycan Ordusunun əsgəri 2003-cü il təvəllüdlü Məmmədov Fərid Əjdər oğlu Ağdam rayonunun Quzanlı qəsəbə Şəhidlər xiyabanında dəfn edilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, insan izdihamı yaşanan dəfn mərasimi Azərbaycan ordusunun hərbi qulluqçuların yaylım atəşi ilə icra olunub.

Hərbçinin tabutunun büküldüyü Azərbaycan bayrağı onun atasına təhvil verilib. Fərid Məmmədovun ruhuna dualar, dərin ehtiram bildirilib.

Məzarın önünə əklil və gül dəstələri düzülüb.

İki il əvvəl Laçında itkin düşmüş hərbçi Fərid Məmmədov Quzanlı Şəhidlər xiyabanında dəfn edilib - FOTO  - YENİLƏNİB İki il əvvəl Laçında itkin düşmüş hərbçi Fərid Məmmədov Quzanlı Şəhidlər xiyabanında dəfn edilib - FOTO  - YENİLƏNİB

***12:29

2022-ci il martın 3-də Laçın rayonunda sərhəd istiqamətində itkin düşən Azərbaycan Ordusunun əsgəri 2003-cü il təvəllüdlü Məmmədov Fərid Əjdər oğlu ilə Ağdamda vida mərasimi keçirilir.

Globalinfo.az APA-ya istinadən bildirir ki, vida mərasimi Ağdam Dövlət Dram Teatrının binasının qarşısında baş tutan mərasimdə şəhidin doğmaları, şəhid ailəsinin üzvləri, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirlər.

Şəhid Quzanlı şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, 3 mart 2022-ci ildə Azərbaycan Ordusunun əsgərləri Məmmədov Fərid Əjdər oğlu və Abdullayev Firdovsi Mais oğlu Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüb, uzun müddət soyuq temperaturda qalmaqla donvurma səbəbindən həlak olublar. Onların nəşinin qalıqları 3 iyul 2024-cü ildə Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində aşkarlanaraq götürülüb.

İki il əvvəl Laçında itkin düşmüş hərbçi ilə Ağdamda vida mərasimi keçirilir - FOTO İki il əvvəl Laçında itkin düşmüş hərbçi ilə Ağdamda vida mərasimi keçirilir - FOTO İki il əvvəl Laçında itkin düşmüş hərbçi ilə Ağdamda vida mərasimi keçirilir - FOTO

***12:08

2022-ci ilin martın 3-də Laçın rayonunda sərhəd istiqamətində itkin düşən Azərbaycan Ordusunun əsgəri 2003-cü il təvəllüdlü Abdullayev Firdovsi Mais oğlu ilə Gəncədə dəfn edilib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, Firdovsi Abdullayev Gəncənin Şəhidlər xiyabanında dəfn edilib.

Dəfn mərasimində Goranboy Rayon İcra Hakimiyyətinin birinci müavini Seymur Nazarov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Hikmət Orucov, Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, hüquq mühafizə orqanlarının rəhbər işçiləri, hərbçilər, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Firdovsi Abdullayevin tabutunun büründüyü Azərbaycan Bayrağı onun atasına təqdim edilib. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.

***10:50

2022-ci ilin martın 3-də Laçın rayonunda sərhəd istiqamətində itkin düşən Azərbaycan Ordusunun əsgəri 2003-cü il təvəllüdlü Abdullayev Firdovsi Mais oğlu ilə Gəncədə vida mərasimi keçirilir.

Globalinfo.az APA-ya istinadən bildirir ki, vida mərasimi onun ailəsini Gəncə şəhərində yaşadığı Məhsəti qəsəbəsində baş tutub.

Mərasimdə Firdovsi Abdullayevin ailə üzvləri, şəhid ailələri, qazi və hərbçilər iştirak edirlər.

Vida mərasimindən sonra Firdovsi Abdullayevin meyitinin qalıqları sabah Gəncənin Şəhidlər xiyabanında dəfn ediləcək.

Qeyd edək ki 2003-cü il təvəllüdlü Abdullayev Firdovsi Mais oğlu Goranboy rayonunun Qaradağlı kəndində anadan olub. Hazırda ailəsi Gəncə şəhərində yaşayır.

Xatırladaq ki, 3 mart 2022-ci ildə Azərbaycan Ordusunun əsgərləri Məmmədov Fərid Əjdər oğlu və Abdullayev Firdovsi Mais oğlu Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüb, uzun müddət soyuq temperaturda qalmaqla donvurma səbəbindən ölüblər. Onların meyit qalıqları 3 iyul 2024-cü ildə Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində aşkarlanaraq götürülüb.

İki il əvvəl Laçında itkin düşmüş hərbçi ilə Gəncədə vida mərasimi keçirilir - FOTO İki il əvvəl Laçında itkin düşmüş hərbçi ilə Gəncədə vida mərasimi keçirilir - FOTO

Paylaş: