WhatsApp Image 2023 10 13 at 14.28.59 1

“Bu bir faktdır ki, Qərb Ermənistanı diplomatik vasitələrlə silahlandırır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Ermənistanın “Respublika” partiyasının rəhbəri Aram Sərkisyan deyib.

A.Sərkisyan Qərbin İrəvanı təhdidlərdən qorumaq üçün hər şeyi etdiyini bildirib:

“Bu faktlar təbii olaraq Azərbaycanı narahat edir. Çünki yeni təhlükələr yaranır. Belə bir vəziyyətdə Qərb COP29-dan sonra Avropa İttifqına qoşulmaq əzmimizə inanmalıdır. Bu səbəbdən Ermənistan rəhbərliyinə COP29-dan sonra Aİ ilə bağlı referendum keçirməyi təklif etdik. Bizim heç nə etmədən gözləməyimiz yaxşı bir şey deyil. Çünki bu halda bizim bacaracağımıza heç kim inanmayacaq”.

Qeyd edək ki, COP29 sammiti noyabrda Bakıda keçiriləcək. Sammitdə iştirak üçün Ermənistana rəsmi dəvət göndərilib.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: