mexfi

ABŞ Məxfi Xidmətinin rəhbəri, xanım Kimberli Çitl istefa verib. Bəzi ekspertlər onun bu addımı Donald Trampa sui-qəsdə görə atdığını düşünür.

Məsələnin arxasında başqa nəsə ola bilərmi? Bənzər istefaların təkrarlanma ehtimalı varmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elşad Həsənov deyib ki, Kimberli Çitlin istefa verməsinin səbəbi Trampa qarşı sui-qəsd cəhdinə lazımi tədbirin görülməməsi idi:

“Video görüntülərdən məlum oldu ki, proses baş tutmamışdan əvvəl sui-qəsddə iştirak edən şəxslə bağlı xüsusi xidmət orqanlarının əməkdaşlarına məlumat verilib. Lakin onlar vaxtında tədbir görməyiblər. Atəş açıldıqdan sonra onu zərərsizləşdiriblər. Bu, bağışlanmaz cinayətdir. Vaxtında tədbir görülməli idi. Güllə açılan zaman qadın əməkdaşlar da özlərini qorumaqla məşğul idilər. Buna görə də Trampın təhlükəsizlik xidmətində olan qadınlar vəzifədən azad edildi və yerinə kişi əməkdaşlar seçildi. Pensilvaniyada baş tutan görüş də qapalı məkanda oldu”.

Politoloqun sözlərinə görə, ABŞ Məxfi Xidməti dövlət rəhbərlərinin mühafizəsini təşkil edir:

Qarabağda qanunsuz hərbi birləşmələr bunun olmasından qorxur”- ŞƏRH – Yeni Çağ Media

Elşad Həsənov

“Qanunla ölkənin keçmiş prezidentləri də ömürlük mühafizə olunur. Trampın barəsində cinayət işi qaldırılanda mühafizəçilərin ona keşik çəkəcəyi deyilirdi. Sui-qəsd cəhdi zamanı amerikalı milyarder İlon Mask öz “X” hesabında xüsusi xidmət rəhbərinin terroristi vaxtında zərərsizləşdirmədikləri üçün istefaya getməsinin lazım olduğunu bildirmişdi. Lakin həmin vaxt xanım Kimberli istefaya getməyəcəyini desə də aparılan araşdırmalar və üzə çıxan video görüntülərdən sonra Məxfi Xidmətin səhvi olduğu ortaya çıxdı”.

E.Həsənovun fikrincə, istefalar səbəbsiz olmur:

“2023-cü ilin dekabr ayında DTX-nın apardığı misilsiz əməliyyat nəticəsində Fransanın iki kəşfiyyatçısı ifşa edildi, agenturası üzə çıxarıldı. Azərbaycanın təhlükəsizlik orqanlarının əməkdaşları yalnız Fransanın ölkəmizdə fəaliyyət göstərən agenturasını yox, həm də onların Gürcüstan, Moldova, Ukrayna və Qərbi Afrikadakı şəbəkələrini ifşa etdilər. Bu, çox misilsiz əməliyyat idi. Prosesin ardınca Fransanın xüsusi xidmət orqanın rəhbəri və yanvar ayının 8-də Baş nazir Elizabet Born istefa verdi. Hətta Prezident Emmanuel Makronun istefası baş tutmalı idi. Lakin bu olmadı Bir sözlə, bağışlanmaz səhvlər olduqda, rəhbərlərin istefaya getməsi normal haldır”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: