Yaponiyada zəlzələ xəritəni dəyişdi

Yaponiya yaxın yarımadada zəlzələlər böyük dəyişikliyə səbəb olub.

Globalinfo.az xəbər verir ki, zəlzələlərdən sonra Yaponiyanın Noto yarımadasında sahil xətti genişlənib.

Paytaxt Tokioya yaxın yarımadada zəlzələlər böyük dəyişikliyə səbəb olub. Dəyişiklik peykdən görüntülənib. Noto yarımadasının sahil xətti genişlənib. Bu o deməkdir ki, sahil boyu bir çox yerlərdə dəniz dibi sudan yuxarı qalxır və yeni çimərliklər yaranır.

Peyk görüntüləri bir məhəllənin dağıldığını göstərir. Görüntüdə əvvəllər dənizin olduğu ərazidən suyun çəkildiyi və yeni sahil xəttinin əmələ gəldiyi görünür.

Tokio Universitetinin araşdırmasına görə, zəlzələ bəzi ərazilərdə sahil xəttini 250 metr genişləndirib ki, bu da təxminən iki futbol meydançası uzunluğundadır.

Yaponiya Meteorologiya İdarəsi zəlzələnin Notoda 1885-ci ildən bəri qeydə alınan ən böyük zəlzələ olduğunu açıqlayıb.