“Ermənistanın Avrasiya İttifaqından çıxmasını Rusiya çox neqativ qəbul edəcək”.
Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Benyamin Poqosyan deyib.
“Bu Moskvanın əsas qırmızı xətlərindən biridir. Bu addım Ermənistanın KTMT-dən çıxışından daha həssas qəbul ediləcək. Hətta deyərdim ki, bu, Ermənistandan 102-ci bazanın çıxarılmasına veriləcək reaksiya kimi olacaq. Bütün hallarda Rusiya üçün bu o mənaya gələcək ki, Ermənistan düşmən dövlətə çevrilir. Yəni Rusiyaya de-fakto müharibə elan edilir. Aydındır ki, bu hansı nəticələrə gətirib çıxara bilər” – deyə o bildirib.
Əliyar Xəlil
Globalinfo.az