tchisht e asel levon ter petro n287700 1

“Levon Ter-Petrosyan dəfələrlə “Qarabağ məsələsinin açarı Rusiyanın əlindədir” deyib. Fikir doğrudur, lakin tam deyil”.

Globalinfo.az xəbər verir ki, bunu erməni ictimai xadim Karen Hekimyan deyib.

O bildirib ki, Qarabağ məsələsinin həlli iki vəziyyətdən asılıdır:

1. Rusiyaya sədaqət;
2. NATO ilə Türkiyənin münasibətləri.

Buna uyğun olaraq, əgər Ermənistan Rusiyaya loyaldırsa, Türkiyə ilə NATO arasında münasibətlər hamardırsa, Qarabağ məsələsi Ermənistanın xeyrinə “dondurulur”. Əks variant da var. Ermənistanın Rusiyaya yüz dəfə loyallıq nümayiş etdirməsi, lakin Türkiyə ilə NATO arasında münasibətlərin qeyri-bərabər olması şəraitində Qarabağ məsələsi Azərbaycanın xeyrinə həll olunur. Yəni Rusiyaya sadiqlik dərəcəsindən asılı olmayaraq, Qarabağ məsələsinin həllində rus açarı türk asılqanından asılıdır”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: