460649683 19 0 981 541 1280x0 80 0 0 5e80204fe9379aa14f6be1873eb2ba27

Hazırda müşahidə edilən küləkli və qarlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 40 km/saat endirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən bildirilib.

Eyni zamanda bütün məlumat sürət tablolarında “güclü külək” və “sürüşkən yol” işarəsi qoyulub.

Sürücülərdən hava şəraitini nəzərə almaları və müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Paylaş: