5bf5174314963

Qarakənd faciəsinin 32-ci ildönümüdür. Göyərtəsində Azərbaycan siyasi elitasının olduğu helikopterin erməni silahlı birləşmələri tərəfindən vurulmasından 32 il ötür.

Globalinfo.az xatırladır ki, 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən Azərbaycan hərbi helikopteri vuruldu.

Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 radələrində vurulub.

Həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi.

Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.Həlak olanların dəfni 1991-ci ildə noyabrın 22-də Bakıda keçirilib.

Paylaş: