lacin post 1

“Bizim gənc nəsil ermənilərlə təmasda olmayıb, yanaşı yaşamayıb deyə indi əksəriyyəti bəzi ermənilərin “məsum” davranışlarını, “səmimi etiraflar”ını təəccüblə qarşılayır. Amma yaşlı nəslin nümayəndələri ermənilərin bu cür “etiraf”larını çox görüblər, onların saxtalığından halidirlər”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.

“Ermənilər tək, az, zəif vaxtlarında qılıqlı, şirindilli, yaltaq olurlar. Amma çoxalan və güclənən kimi riyakarlıqları, qəddarlıqları üzə çıxır. Bu davranış tərzi ya genetik xəstəlikdir, ya da uydurulmuş nağılların yaratdığı eyforik ovqatdır, bilmirəm.

resad mecid

Rəşad Məcid

Hər halda bu xalqın icdən durulmağa, yetkinləşməyə, bir sözlə, əsaslı mənəvi müalicəyə ehtiyacı var. Əgər 44 günlük savaşdakı acı məğlubiyyətlərindən, lokal antiterror tədbirlərimizdən düzgün nəticə çıxarıb son 30 ilin aldadıcı, eyforik üstünlük ovqatından qurtulmasalar, xislətlərindəki xəstəliyi qoparıb ata bilməsələr, ən böyük zərbəni özlərinə vurmuş olacaqlar. Onda nə bu saxta qılıqlarına, şirin dillərinə inanan olacaq, nə də yalan “etiraf”ları kara gələcək,- deyə R.Məcid deyib.

ehed memmedli

Politoloq Əhəd Məmmədli isə deyib ki, biz ermənilərə qarşı humanist olsaq da, onlar aqressivdirlər:

“Hesab edirəm ki, beyni yuyulmuş ermənilər riyakardırlar. Qarabağı tərk edən yaşlı ermənilərin bir çoxu zamanında bizə qarşı vuruşublar. 1988-ci il Xankəndi mitinqlərində Azərbaycana qarşı proseslərdə fəal iştirak ediblər, övladları bizə qarşı vuruşublar. Biz ermənilər tərəfindən ortaya qoyulan mülayim epizodik səhnələrə inanmamalıyıq”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: