70ae61de 6bc9 4db1 9c6b a9b154e5477b


Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə “Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına” layihəsi çərçivəsində Bakı şəhəri “Azərkitab” kitab yayım mərkəzində eyniadlı kitabın təqdimatı baş tutub. Tədbirdə bir sıra tanınmış ictimayyət nümayəndələri, yazarlar, KİV təmsilçələri və s. iştirak edib.

Bundan əvvəl kitabın Türkiyənin İstanbul şəhərində və Özbəkistanın Daşkənd şəhərində təqdimat tədbirləri təşkil olunub.

Globalinfo.az xəbər verir ki, tədbiri giriş sözü ilə Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, layihə rəhbəri şair-publisist İntiqam Yaşar açıq elan edib. İntiqam Yaşar iştirakçılara kitab haqqında məlumat verib. Bildirib ki, layihə çərçivəsində Türk ölkə və topluluqlarından olan yazarların Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa şəhərinə həsr olunmuş müxtəlif janrlarda olan qələm nümunələri kitab şəklində çap olunub.

Milli Məclisin Mədəniyyət komitəsinin eksperti şair-publisist Əkbər Qoşalı ortaq türk ölkələrini birləşdirən dəyərin məhz Şuşa olduğunu diqqətə çatdırıb və qeyd edib ki, adıçəkilən layihə fonunda qardaş ölkə nümayəndələrinin bir-biri ilə əməkdaşlıq münasibətləri bir az da genişlənmiş olub.

“Türk dünyasından Şuşaya – Şuşadan Türk dünyasına” adlı kitabda Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan, Qırğız Respublikasından olan yazarların Şuşa mövzusunda qələmə aldıqları şeir, məqalə, esse və hekayə janrlarında olan qələm örnəkləri yer alıb. Və kitabda yazıları yer alan türk ölkə və topluluqlarından olan ədəbiyyat nümayəndələri 26-29 yanvar 2023-cü il tarixlərində Azərbaycana səfər edib, Bakı şəhərində təşkil olunmuş müxtəlif tədbirlər və görüşlərdə iştirak edib. Türk Dünyasının müxtəlif nöqtələrindən Azərbaycana gələn ədəbiyyat nümayəndələri arasında Qırğız Respublikasının “Manas” teatrının direktoru Aziz Bıymırza, Özbəkistan Gənclər İşləri Agentliyinin başqan yardımçısı şair Mehrinaz Abbas, yazar-publisist Dilrabo Norkulova, Qazaxıstan Yazıçılar Birliyinin bölüm başqanı Baurxan Xəliulla, Türk Ədəbiyyatı Vəqfinin yazı işləri başqanı Enver Aykol, Başqırdıstan Yazıçılar Birliyinin sədri yazar Aygiz Baymuhəmməd və Qazaxıstan Respublikası “Türk xalqları arasında ədəbi əlaqələri inkişaf etdirmə vəqfi” başqanı Erkinbek Serikbay olub. Onlar çıxışları zamanı Azərbaycanın İrandakı səfirliyinə edilən hücum səbəbindən Azərbaycan xalqına və şəhidin ailəsinə başsızlığı verib , hadisədən təsirləndiklərini təəssüf hissi ilə qeyd ediblər.

Bakıya ilk səfərlərinin olduğunu məmnunluqla vurğulayan qonaqlar türk dünyasını öz ətrafında birləşdirən adıçəkilən layihənin həyata keçirilməsində əməyi olan hərkəsə və İntiqam Yaşara dərin minnətdarlıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, belə önəmli layihələrin sayı artırılmalıdır.

Kitabda yazıları dərc olunan yerli yazarlar sırasında Yusif Nazim, Ayşən Rəhim və s. layihə haqqında öz fikirlərini səsləndiriblər. Tədbirdə Kənan Hacı, Ümid Nəccari, Tural Turan, Qabil Ədalət, Emil Rəhimov, İradə Əlili və başqaları da iştirak edib.

Sonda kitabda dərc olunan müəlliflər, tərcüməçilər diplom və fəxri fərmanla təltif olunub. Eyni zamanda iştirakçılara “Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına” kitabı hədiyyə edilib.

1917d519 0a0f 4cda 989d 02b024adf2fa f1165d58 0daf 444c 91a3 6f79ce814a91

23b25d5b aca5 4aa6 8d82 d8351b335c6f 51c0707a 8d38 41a6 85ed f7073e577f56  478ec33f 62b2 41d3 ba5b ecb52311bfdc 850b7532 6a2d 49cb b808 304ef16b586d 941d629f ad4a 4cd0 a33c 91afa05b9fb4  606024e4 e482 40b9 98e7 180feb93f5b9 b26dc481 cd61 48b0 b93d d1e193cba143 c297287b ab2d 4bf9 a51b 88961fe5878c dae7edc8 82a3 4b3b b4ff 4f19d50d7ac7 e3055fee b898 42ed b16f e4af7736be3c

9acfa2cd 8931 4fe9 8fd6 0dd1eed9daa5

Paylaş: