“Ukrayna sülh müqabilində öz ərazilərindən imtina etməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna prezidentinin aparat rəhbəri Andrey Yermak deyib.
“Bu gün ağlı başında olan heç bir adam ərazinin verilməsi ilə bağlı sənədə imza atmaz. Nə qədər ki Zelenski prezidentdir, heç kim bizdən ərazilərin verilməsini gözləməməlidir. O, ərazinin verilməsi ilə bağlı sənədə imza atmayacaq. Konstitusiya bunu qadağan edir. Heç kim Ukrayna Konstitusiyasına və xalqına zidd olmaq istəməz”, – o deyib.
Yermak qeyd edib ki, Ukrayna yalnız müharibə edən ölkələrin nəzarətində olan əraziləri ayıran xəttin hardan keçməli olduğunu müzakirə etməyə hazırdır.
Safura Bənnayeva
Globalinfo.az