“Ukrayna borcunu bu tarixədək ödəməlidir, əks halda…” – Aleksandr Asafov

“Bu gün Ukraynanın Qərbə olan borcunu ödəmək imkanı yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Aleksandr Asafov deyib.

“İndiki hesablamalar göstərir ki, Ukrayna 2054-cü ilə qədər aldığı vəsaiti ödəməli olacaq. Ona görə də Rusiyanın dondurulmuş vəsaitlərindən istifadə imkanları müzakirə olunur. Təbii ki, həm Fransa, həm də ABŞ-dan tədarükləri kompensasiya etmək lazımdır”.

Politoloq hesab edir ki, Ukraynanın borcunu qaytarmaq imkanı yoxdur. Bununla belə, Aleksandr Asafov dünya siyasətində borcların silinməsi ilə bağlı presedentlərin olduğunu xatırladıb.

“Ola bilsin ki, Ukrayna ilə də eyni ssenari baş verəcək. Amma həllik  Ukraynaya ayrılan maliyyə xərcləri Rusiyanın cilovlanmasına sərf olunan siyasi xərclərdən aşağıdır. Ona görə də, Qərb dövlətləri bu pulu əvvəlcə düzəltməli, sonra təqdim etməlidirlər”, – rusiyalı politoloq vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az