82184846 2598676440186417 994007950878048256 n

“Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi atəşkəs təmin edildikdən sonra həll edilməlidir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Türkiyə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəki Aktürk deyib.

“İlk növbədə Rusiya ilə Ukrayna arasında atəşkəs əldə edilməlidir. Bundan sonra missiyanın çərçivəsi müəyyən edilə bilər. Missiya aydın şəkildə təsvir edilməli, onun həyata keçirilməsində hər bir ölkənin töhfəsi müəyyənləşdirilməlidir”, – Z.Aktürk bildirib.

O, Türkiyə Silahlı Qüvvələrinin regionda təhlükəsizliyi və sabitliyi təmin edəcək istənilən təşəbbüsə töhfə verməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, son günlər Türkiyə hərbçilərinin Ukraynada sülhməralı missiyada yer alacağı haqda xəbərlər yayılıb.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: