1488611434 193944 elektrikte indirim 316827 450x250 1

Şəmkir rayonunda bədbəxt hadisə olub.

Globalinfo.az xəbər verir ki, Aşağı Seyfəli kənd sakini, 1964-cü il təvəllüdlü Əli Abıyev elektrik cərəyanının vurması nəticəsində həyatını itirib.

İlkin məlumata görə, hadisə o, elektrik dirəyində xətti təmir etdiyi zaman baş verib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb. (Qafqazinfo)

Paylaş: