Sabirabad rayonu ərazisində avqustun 26-da 1975-ci il təvəllüdlü Rəna İmanovanın öldürülməsi ilə bağlı cinayət işi açılıb.
Bu barədə Globalinfo.az-a Sabirabad Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı 2007-ci il təvəllüdlü Ramal Qurbanlının tanışı Rəna İmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
“Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Ramal Qurbanlı iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam edir”,- məlumatda qeyd olunub.
***16:32
Sabirabad rayonunda qadın qətlə yetirlib, hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı oğlan saxlanılıb.
Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, avqustun 26-da saat 15 radələrində Sabirabad rayonu ərazisindəki evlərin birində 1975-ci il təvəllüdlü İmanova Rəna Rafiq qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
“Cinayət əməlini törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü Qurbanlı Ramal Raiz oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. İlkin məlumata görə, cinayət əməli tamah məqsədi ilə törədilib. Araşdırma aparılır”, – məlumatda qeyd olunub.