DİN 17 yaşlı qızın qətli ilə bağlı məlumat yayıb

 

Daxili İşlər Nazirliyi (DİN) Qax rayonunda baş vermiş qətllə bağlı məlumat yayıb.

Globalinfo.az-ın xəbərinə görə, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov mətbuata açıqlamasında bildirib ki, dünən saat 19 radələrində 2005-ci il təvəllüdlü A. Papiaşvilinin kirayədə yaşadığı evdə çoxsaylı kəsilmiş, deşilmiş xəsarətləri olan meyiti aşkarlanıb.

Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilib,hadisəni törədən şəxs və yaxud şəxslərin tutularaq istintaqa təhvil verilmələri istiqamətində əməliyyat – istintaq tədbirləri davam etdirilir.