“Ermənistan Baş naziri Nikol Paşinyan artıq Zəngəzur dəhlizini açıb”.
Globalinfo.az xəbər verir ki, bunu erməni hərbi ekspert Hayk Nahapetyan deyib.
O, Ermənistan ərazisinə mülki missiya adı altında yerləşdirilən qüvvələrin əsas məqsədlərinə və Nikol Paşinyanın planlarına toxunub.
“Avqustun 1-də Paşinyan rus sərhədçilərini Zvartnots hava limanından çıxardı. Bundan sonra Rusiyaya dost olmayan ölkələrdən, ilk növbədə, ABŞ-dan, Böyük Britaniyadan Ermənistana nə qədər hərbi təyyarə gəlib? Əminəm ki, NATO üzvü olan ölkələrdən Ermənistana böyük heyət və xüsusi texniki avadanlıqla dolu hərbi təyyarələr gəlib. Nə etmək üçün gəldiklərinə gəlincə, Paşinyandan soruşun. Görünür, Nikol Rusiya hərbi qüvvələrininin boşluğunu bu formada doldurmağa çalışır”, – hərbi ekspert qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az