f61e16ee0a5d35 61e16ee0a5d7b

Ermənistan və Türkiyənin xüsusi nümayəndələri sabah, iyulun 30-da sərhəddə görüşəcəklər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

“Bu, Ruben Rubinyan və Sərdar Kılıç arasında danışıqların beşinci raundudur. Görüş iyulun 3-də baş tutmalı idi, lakin Türkiyə tərəfi imtina etdiyi üçün iyulun 30-na planlaşdırılıb”, – məlumatda vurğulanıb.

Türkiyəli jurnalist Sena Alkan bildirib ki, görüş səhər saatlarında sərhədin Ermənistan tərəfində başlayacaq, daha sonra Türkiyə tərəfində davam edəcək. 

Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyi Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıçın sabah görüşəcəyini təsdiqləyib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: