Mirzoyandan müsbət açıqlama: “Azərbaycana təhvil verəcəyik”

“Ermənistan tərəfi 2024-cü ilin əvvəlində sülh müqaviləsinə dair təkliflərlə bağlı 7-ci sənədi Azərbaycana göndərib”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Sülh sazişi üzrə təklif edilən varinatların redaktə və mübadiləsi davam edir. Bəzi məsələlərdə razılığa gəlmək mümkün olub, lakin hələ də fikir ayrılıqları var”, – o qeyd edib.

A.Mirzoyan mina xəritələri barədə yeni araşdırma aparıldığını deyib:

“Ermənistan tərəfi minalanmış ərazilərin xəritələrini iki dəfə Azərbaycana verib. Biz Azərbaycan tərəfindən bu xəritələrin minaların yerini dəqiq əks etdirmədiyinə dair şikayətlər eşidirik. Ermənistanın müvafiq qurumları minalarla bağlı yeni məlumatlar toplayır. Hər iki tərəf etimadın gücləndirilməsi istiqamətində addımlar atarsa, dəqiq informasiya əldə edə bilərik. Yeni məlumat əldə olunan kimi bunu Azərbaycan tərəfinə ötürəcəyik”.

Ayşən Mustafa
Globalinfo.az