Ermənistanın Baş naziri Nikol Paşinyan Ayətullah Seyid Müctəba Hüseyni Xameneini İranın Ali rəhbəri seçilməsi münasibətilə təbrik edib.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
“İslam İnqilabının Ali Lideri seçilməyiniz münasibətilə sizi təbrik edirəm. Əminəm ki, Ermənistan ilə İran arasındakı güclü əlaqələr inkişaf etməyə davam edəcək və yeni uğurlar qazanacaq.
Bu fürsətdən istifadə edərək, dost İran xalqına firavanlıq və davamlı sülh arzulayıram”, – deyə təbrikdə bildirilib.
Safura Bənnayeva
Globalinfo.az