Ədalətsiz və sabitsiz dünya nizamının… – Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni illə bağlı videomüraciətində ədalətsiz və sabitsiz dünya nizamının son çırpıntılarını yaşadığına inandıqlarını söyləyib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, dövlət başçısı Türkiyənin inkişafına mane olmaq istəyənlərin olduğunu bildirib: “Bunun üçün terrordan, iqtisadi təzyiqlərə qədər müxtəlif vasitələrdən istifadə edirlər”.

Ərdoğan deyib ki, Türkiyə məqsədlərinə çatmaq üçün heç vaxt qurban verməkdən çəkinməyib: “Millətimiz həmrəylik göstərdikcə bizi kimsə parçalaya bilməz. Müxtəlif sahələrdəki uğurlarımızla dostlarımıza inam, düşmənlərimizə qorxu verməyə davam edəcəyik”.

Türkiyə lideri vurğulayıb ki, 2024-cü ilin ölkəsi üçün uğurlu olacağına inanır.