“İkinci Qarabağ müharibəsində məqsəd Qarabağ yox, Zəngəzur idi”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə erməni politoloq Stepan Danielyan çıxış edib.
“Qarabağ Ermənistan və Azərbaycan üçün əhəmiyyətli məsələdir, amma geosiyasi oyunçular üçün daha vacib olanı Zəngəzur idi. Məhz bu hədəf qlobal güclərin münasibətini dəyişə bilər. Məncə, Zəngəzur dəhlizi Azərbaycanla Ermənistan arasında yeni dünya nizamı barədə konsensus əldə olunan zaman həll ediləcək. Ona görə ki, yeni kommunikasiyalar ya balans yaradır, ya da pozur”, – o bildirib.
Danielyan məhz buna görə Paşinyanın Azərbaycana razılaşdırılmış bəndlər ətrafında sülh müqaviləsi imzalamağı təklif etdiyini deyib. Onun fikrincə, digər maddələr geosiyasi oyunçuların yanaşmaları ilə sıx bağlıdır.
Politoloq deyib ki, Azərbaycanın kommunikasiyaların açılmasının sonraya saxlanması barədə razılıq verməsi Zəngəzur dəhlizi ilə bağlı Bakı ilə İrəvan arasında razılaşmanın olduğunu göstərir.
Əliyar Xəlil
Globalinfo.az