Zimbabvenin Kariba su anbarı ərazisində bərənin qəzaya uğraması nəticəsində 80 nəfər həyatını itirib, axtarış-xilasetmə əməliyyatı davam edir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” yerli polisə istinadən məlumat yayıb.
İlkin məlumatlara görə, bərə avqustun 11-də güclü külək və suyun dalğalanması səbəbindən çevrilib.
Gəmidə olan sərnişin və ekipaj üzvlərinin dəqiq sayı hələ müəyyən edilməyib. Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam etdirilir.